“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyin sədri, tədqiqatçı- alim Seymur Nəsirov Misir parlament sədrinin birinci müavini Seyyid Şəriflə görüşüb.
Diaspor sədri Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqə-lərdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını qeyd edib. Bun¬dan başqa, S.Nəsirov Azərbaycan həqiqətlərindən danışaraq Xocalı soyqırı¬mının dünyanın bir çox ölkələrində tanındığını diqqətə çatdırıb.
Misir parlament sədrinin birinci müavini Seyyid Şərif isə sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirakı çərçivəsində önəmli görüşlər keçirdiyini, Azərbaycan xalqının qonaqpərvərli-yinin, Bakının gözəlliyinin onda zəngin təəssürat yaratdığını vurğulayıb.
S.Şərif Azərbaycandan qayıtdıqdan sonra, Azərbaycanla Misir arasında ticari əlaqələrin inkişafı ilə bağlı bir sıra görüşlər keçirdiyini qeyd edərək, viza məsələlərinin sadələşdirilməsi üçün Misir tərəfindən ciddi addımlar atılacağını bildirib. O, eyni zamanda, oktyabrın 25-26-da Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcəyini də bildirib.
Sonda S.Nəsirov ərəb mənbələrinə istinadən 100 azərbaycanlı alim və ədib haqqında yazdığı kitabı parlament sədrinin birici müavininə hədiyyə edib.