Sentyabr ayının 30-da Polşanın paytaxtı Varşava şəhərində baş tutan görüşdə Polşadakı Azərbaycan diasporunun nümayəndələri də iştirak edib. Tədbir zamanı Polşa Seyminin spikeri Kornel Morawiecki qarşıdakı seçkilər üçün öz partiyasının (Wolni i Solidarnosci) platformasını təqdim edib. Tədbirdə iştirak edən "Polşa-Azərbaycan İnstitutu"nun sədri Məhəmməd Məmmədovun fikrincə görüş olduqca məhsuldar keçib. Görüş zamanı qarşıdan gələn parlament seçkilərində Azərbaycandan da müşahidə heyyətinin olması müzakirə edilib. Bununla yanaşı, Polşa-Azərbaycan münasibətlərinin hazırki vəziyyəti və inkişaf perspektivi haqqında da müzakirələr aparılıb.
"Varşava Azərbaycanlılar Birliyi"nin sədri Rəsul Məmmədov isə bu görüşü Polşadakı Azərbaycan diasporunun böyük bir uğuru kimi qiymətləndirir. Qeyd edir ki, bu görüşümüzün və qarşıdan gələn əməkdaşlığımızın faydasını tezliklə görəcəyimizə ümid edirəm. Məqsədimiz Polşada Azərbaycanın təbliğatını layiqincə həyata keçirmək və Polşa-Azərbaycan münasibətlərinin inkişafına töfhə verməkdir.
Polşa-Azərbaycan münasibətlərinin inkişafında maraqlı olduqlarını bildirən deputatlğa namizəd Urszula Danuta Kokosinska isə qeyd edib ki, Azərbaycan Polşa və Avropa Birliyi üçün vacib ölkələrdən biridir.
Tədbirin sonunda xatirə şəkli çəkilib.