Qroznı şəhərinin Miçurin qəsəbəsində vorkautla məşğul olmaq üçün növbəti çoxfunksiyalı idman meydançası istifadəyə verilib.
Təntənəli açılış mərasimində Çeçen Respublikasının müftisi Salah Mejiyev, Gənclərlə iş üzrə nazir İsa İbrahimov və Oktyabr rayonunun prefekti Timur Şahgiriyev iştirak ediblər.
S.Mejiyev və İ.İbrahimov çıxış edərək qəsəbənin gənclərinı fəal həyat tərzi sürməyə, idmanla müntəzəm məşğul olmağa və yaradılmış şəraitə qayğı ilə yanaşmağa çağırıblar. Natiqlər gənclər üçün vorkaut meydançasının inşasına göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, Azərbaycanla Çeçenistan Respublikasını daimi qardaşlıq və tərəfdaşlıq münasibətləri birləşdirir.
Sonra "Street Workout Grozny" hərəkatının iştirakçıları öz bacarıqlarını nümayiş etdirərək gənclərə ustad dərsi keçiblər.