Qırğız Respublikasında yaşayan soydaşımız sertifikatlı mediator statusu alıb
30 oktyabr, 2024Qırğız Respublikasının paytaxtı Bişkekdə fəaliyyət göstərən Qırğızıstan Azərbaycanlılarının “Birlik” İctimai Birliyinin rəhbəri Xansıvar Baxşəliyev həmin ölkədə sertifikatlı mediator statusu alıb. O, 21-27 oktyabr tarixində Qırğız Respublikasının Milli Mediatorlar Mərkəzinin təlimlərində iştirak edərək sertifikatla təltif olunub.
Soydaşımız öz növbəsində Azərbaycan Respublikasının mediatorlarına informasiya dəstəyinə görə təşəkkürünü bildirib və gələcək səmərəli əməkdaşlıqlara ümid bəslədiyini söyləyib. Qazandığı təcrübələrdən Azərbaycan diasporunun fəaliyyətində istifadə edəcəyini vurğulayıb.
Xansıvar Baxşəliyev, eyni zamanda Qırğız Respublikası Mediatorlar Şurasına üzv seçilib.
Foto qalereya
Digər xəbərlər