Niderlandda Mədəni Müxtəliflik Bayramı təntənəli şəkildə qeyd olunub

16 iyul, 2024

Niderlandda Mədəni Müxtəliflik Bayramı təntənəli şəkildə qeyd olunub

Niderland Krallığının Almere şəhərində yerləşən Beynəlxalq Məktəbdə Mədəni Müxtəliflik Bayramı təntənəli şəkildə qeyd olunub.

Məktəbin azərbaycanlı müəllimləri Nəzakət Rəhimli, Natella Mehdiyevanın təşəbbüsü, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva və təşkilatın fəal üzvlərindən olan Nərgiz Cəfərovanın dəstəyi ilə ölkəmiz həmin tədbirdə təmsil olunub.

Müxtəlif millətlərdən şagird və müəllimlərin iştirak etdiyi festivalda Azərbaycan stendinə böyük maraq göstərilib. Tədbir iştirakçılarına Azərbaycan, onun tarix və mədəniyyəti haqqında geniş məlumatlar verilib. Həmçinin festival zamanı şagirdlər öz xalqlarının milli rəqsləri, musiqi ifaları, ənənəvi geyimləri, eləcə də milli yeməklərini nümayiş etdiriblər.

Tədbirin təşkilatçısı Jose Zuniga qeyd edib ki, mədəni müxtəlifliyi qeyd etmək tələbə və müəllimlərimizdə müxtəlif mədəniyyətləri tanıma və qarşılıqlı hörmət etmə imkanı yaradır: “Bu cür tədbirlər tələbələrin dünyagörüşünü genişləndirir və onları qlobal vətəndaş olmağa daha yaxşı hazırlayır”.

Sonda festivalın iştirakçısı şagird və valideynlər tədbirdən məmnunluqlarını bildirib, belə bayramların təşkilinin məktəblərdə mədəni müxtəliflik, tolerantlıq baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər