Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədovun fərdi sərgisi İtalyan mediasında işıqlandırılıb
14 iyun, 2024
Aprelin 29-da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Milanda keçirilən və iki həftə davam edən sərgi İtaliyanın tanınmış qəzetlərindən olan “Avanti”də işıqlandırılıb (https://www.avantionline.it/elay-li-la-pittura-della-coscienza/).
Elay Məmmədovla müsahibə əsasında hazırlanmış məqalədə rəssam bildirib ki, Azərbaycandan uzaqda olsa da, vətənindəki sənətsevərlər onun işlərini yaxından izləyir və sərgilərində müntəzəm iştirak edirlər. Soydaşımız ölkəmizdən gələn qonaqların və sənətsevərlərin İtaliya ilə Azərbaycan arasındakı mədəni əlaqələrdən böyük məmnunluq duyduqlarını söyləyib. Məqalədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin Milanda keçirilmiş sərgidə iştirakı da qeyd edilib.
İtaliyada yaşayan rəssam soydaşımız Elay Məmmədov ölkədəki müxtəlif rəsm qalereyalarında, fərdi və qrup sərgilərində öz əsərlərini təqdim edir. Ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edən soydaşımıza Komitə bu istiqamətdə daim öz dəstəyini göstərir.
Foto qalereya
Digər xəbərlər