“LuxAz” beynəlxalq arenada Azərbaycan diasporunun fəallığını nümayiş etdirib
3 oktyabr, 2025
Lüksemburqun ənənəvi idman tədbirlərindən biri olan “Route du Vin” yarımmarafonu keçirilib.
Yarışda Azərbaycan və Lüksemburq Dostluq Assosiasiyasının (“LuxAz”) üzvləri də iştirak edib. “LuxAz” komandasının iştirakı Azərbaycan diasporunun beynəlxalq arenada fəallığının göstəricilərindəndir.
Müxtəlif məsafələr üzrə yarışlara qatılan “LuxAz” nümayəndələri yalnız fiziki hazırlıqlarını deyil, həm də milli həmrəylik və idman ruhunu nümayiş etdirib.
Assosiasiyanın bu cür tədbirlərdə mütəmadi iştirakı Azərbaycanla Lüksemburq arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Qeyd edək ki, 1962-ci ildən keçirilən bu yarış hər il minlərlə iştirakçını Moselle çayı boyunca uzanan, üzüm bağları ilə əhatələnmiş marşrutda bir araya gətirir.
Digər xəbərlər
