Londonda azərbaycanlı musiqiçinin konserti keçirilib

30 oktyabr, 2024

Londonda azərbaycanlı musiqiçinin konserti keçirilib

Londonda yerləşən “Kensington” kilsəsində Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı və beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovanın konserti baş tutub. Konsertdə  Ceyla Seyidova məşhur italyan bəstəkarı Antonio Vivaldinin “Dörd fəsil” (“Four Seasons”) əsərini və Azərbaycan xalq mahnısı “Sarı Gəlin”i ifa edib.  Soydaşımızın  ifaları tamaşaçıların alqışları ilə qarşılanıb.

Konsert Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq aləmdə  tanıdılması istiqamətində növbəti uğurlu addım kimi qiymətləndirilib.

Ceyla Seyidova 2017-ci ildən etibarən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Simli Kvartetinin birinci skripkaçısı olaraq fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda və xarici ölkələrdə keçirilən dövlət əhəmiyyətli tədbirlərdə solo və konsertmeyster kimi çıxış edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər