Gürcüstandakı soydaşlarımızla videokonfrans formatında görüş keçirilib
20 iyun, 2024Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Gürcüstandakı soydaşlarımıza məxsus bəzi xəbər saytlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib.
Komitə əməkdaşlarının, Gürcüstanın Marneuli, Bolnisi və Qardabani rayonlarında fəaliyyət göstərən xəbər saytlarının rəhbərlərinin qatıldığı onlayn görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın təsis etdiyi xəbər saytlarının fəaliyyəti ətraflı müzakirə olunub. Çıxış edənlər Azərbaycan və Gürcüstan arasında münasibətlərin strateji xarakteri, ölkələrin ali rəhbərlikləri arasında yüksək etimada əsaslanan əlaqələrin inkişafı, 44 günlük Vətən Müharibəsində soydaşlar tərəfindən Azərbaycana göstərilmiş dəstək, Gürcüstandakı soydaşlarımızın inteqrasiya prosesində rastlaşdıqları çətinliklər, onların siyasi, sosial, iqtisadi və s. sahələrdə problemlərinin ölkənin media mühitində işıqlandırılmasının əhəmiyyəti, aparıcı gürcüdilli xəbər saytları ilə əməkdaşlıq potensialı barədə fikir mübadiləsi aparılıb.
Foto qalereya
Digər xəbərlər