Gürcüstan vətəndaşı olan soydaşlarımıza pulsuz hüquqi yardım göstərilir

11 iyul, 2024

Gürcüstan vətəndaşı olan soydaşlarımıza pulsuz hüquqi yardım göstərilir

Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “HÜQUQ” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən Mərkəzin rəhbəri, hüquqşünas Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamil tərəfindən öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan vətəndaşların qəbulu aparılıb.

Qəbulun ikinci günündə 10 nəfər Gürcüstan vətəndaşı olan soydaşımız qəbul edilib, onların problemləri dinlənilib. Vətəndaşların problemlərinin həlli ilə bağlı lazımi aktlar yazılaraq aidiyyəti dövlət qurumlarına və məhkəmə orqanlarına göndərilib.

Əli Bədirov mərkəz tərəfindən müxtəlif rayon və kəndlərdə azərbaycanlıların hüquqi problemləri ilə bağlı səyyar qəbullar keçirildiyini və onlara təmənnasız hüquqi yardım göstərildiyini deyib.

O, həmçinin bildirib ki, Gürcüstan vətəndaşlarına  pulsuz hüquqi xidmət  Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlana bilərlər. Qeydiyyatdan keçmək üçün aşağıda göstərilən telefon nömrəsi ilə əlaqə saxlamaq olar:

+995 599 10 96 90

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər