Yaponiyada “Azərbaycan mənim sözlərimlə” adlı inşa müsabiqəsi keçirilib
3 fevral, 2026
Yaponiyanın Matsue şəhərində yerləşən Şimane Universitetinin Təhsil Fakültəsinin nəzdindəki İcbari Təhsil Məktəbinin şagirdləri arasında keçirilən “Azərbaycan mənim sözlərimlə” adlı inşa müsabiqəsinə yekun vurulub.
Müsabiqədə 200-ə yaxın şagird iştirak edib. Yarışmada şagirdlər Azərbaycan haqqında müxtəlif mövzularda onlara verilən məlumatlara əsasən ölkəmizlə bağlı fikirlərini qələmə alıblar.
Qiymətləndirmə nəticəsində 3 nəfər əsas qalib seçilib, 15 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb. Mükafatlandırma mərasimində yerli media nümayəndələri, prefektura təhsil idarələrinin rəhbər şəxsləri və valideynlər iştirak ediblər. Qonaqlar layihənin əhəmiyyətini yüksək qiymətləndirib, bu cür təşəbbüslərin xalqlar arasında mədəni körpülərin qurulmasına mühüm töhfə verdiyini vurğulayıblar. İştirakçıların bir çoxu gələcək təhsil və mədəniyyət fəaliyyətlərində Azərbaycanla əlaqə qurmaq istədiklərini dilə gətiriblər.
Qeyd edək ki, müsabiqəni Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun qrant müsabiqəsinin qalibi, Yaponiyanın dövlət təqaüdçüsü Ləman Tarverdiyeva təşkil edib. Müsabiqənin əsas məqsədi yapon şagirdlərin Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı bilgiləndirilməsi və onların yaradıcılıq bacarıqlarının təşviqi olub.
Tədbir Yaponiya mediasında işıqlandırılıb:
https://www.shimane-fuzoku.ed.jp/fuchu/photonews/2026/01/30/15197/
Foto qalereya
Digər xəbərlər
