Xarkovda Xocalı soyqırımı anılıb
3 mart, 2026
Ukraynanın Xarkov şəhərində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdən əvvəl iştirakçılar soyqırımına həsr olunan fotosərgiyə baxış keçirib. Ardınca Azərbaycan Respublikası və Ukraynanın Dövlət himnləri səsləndirilib, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Xarkov Milli Radioelektronika Universitetinin elmi-pedaqoji işlər üzrə prorektoru, professor, Ukrayna-Azərbaycan “Dostluq” Cəmiyyətinin sədri Murad Ömərov, “Beynəlxalq İslam İncəsənəti və Mədəniyyəti Mərkəzi” İctimai Birliyinin sədri Ağamirzə Nuriyev çıxışlarında Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının önəmindən bəhs ediblər.
Tədbir “Həyat yolu” sənədli filminin nümayişi ilə başa çatıb.
Foto qalereya
Digər xəbərlər
