Uralskda ənənəvi Nar bayramı keçirilib

2 dekabr, 2025

Uralskda ənənəvi Nar bayramı keçirilib

Qazaxıstanın Uralsk şəhərində fəaliyyət göstərən "Birlik" Etnomədəni Birliyinin təşkilatçılığı ilə Nar bayramı keçirilib.

Tədbirdə Qərbi Qazaxıstan vilayətinin dövlət qurumlarının əməkdaşları, vilayət və şəhər deputatları, icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Birliyin rəhbəri Nəcəf Məmmədov çıxışında tədbir haqqında məlumat verib, bu kimi tədbirlərin Azərbaycan və Qazaxıstan xalqları arasında qardaşlığın və mədəni əlaqələrin möhkəmlənməsində uğurlu töhfə adlandırıb.

Bayram çərçivəsində Azərbaycan mədəniyyəti, milli mətbəx nümunələri təqdim olunub.

Bundan əlavə icmanın fəal üzvləri təşkilatın təşəkkürnamələri ilə təltif ediliblər. Uşaqlar arasında keçirilən rəsm müsabiqəsi isə bayrama xüsusi rəng qatıb. Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər