Tuluz Azərbaycan Evində Xocalı soyqırımı qurbanları yad edilib
3 mart, 2026
Fransanın Tuluz şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda xalqımıza qarşı törədilən kütləvi qətliamın mahiyyəti, miqyası və ağır nəticələri barədə geniş məlumat verilib.
Anım tədbiri çərçivəsində litvalı jurnalist Riçard Lapaitisin “Sonsuz dəhliz” filmi nümayiş olunub. Film Xocalı soyqırımının şahid ifadələri və real faktlar əsasında dramatik təsvirini təqdim edərək iştirakçılara dərin emosional anlar yaşadıb.
Ekran əsərində hadisələrin miqyası, dinc əhaliyə qarşı törədilmiş zorakılıqlar və faciənin insan talelərində buraxdığı sağalmaz izlər ön plana çıxarılıb. Nümayişdən sonra iştirakçılar film ətrafında geniş fikir mübadiləsi aparıb, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyinə diqqət çəkiblər.
Qeyd edək ki, bu cür tədbirlər tarixi həqiqətlərin təhrif olunmasının qarşısının alınması və beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılması baxımından olduqca önəmlidir.
Foto qalereya
Digər xəbərlər
