Torontoda Xocalı soyqırımından danışılıb

3 mart, 2026

Torontoda Xocalı soyqırımından danışılıb

Toronto Təhsil Mərkəzinin nəzdindəki Azərbaycan dili məktəbində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xüsusi dərs keçirilib.

Dərs ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

Azərbaycan dili siniflərinin rəhbəri və müəllimi Yeganə Cəfərova ölkəmizin ən ağrılı səhifələrindən biri olan Xocalı soyqırımının acı nəticələrindən danışıb. O, tarixi faktlara toxunaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfər günahsız insanın, o cümlədən 106 qadın və 63 uşağın amansızcasına qətlə yetirildiyini söyləyib. Dərsdə, həmçinin faciənin unudulmaması və gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb.

Daha sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Məlumat üçün bildirək ki, Azərbaycan dili məktəbi şagirdlərə ana dilimizi öyrətməklə yanaşı, zəngin tarix və mədəniyyətimizin qorunaraq gələcək nəsillərə ötürülməsi istiqamətində işlər görür.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər