Soydaşımızın uğur hekayəsi Litva ekranlarında

11 sentyabr, 2025

Soydaşımızın uğur hekayəsi Litva ekranlarında

Litvada mədəni, ictimai və təhsil sahəsində fəallıq göstərən soydaşımız, Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoru Nərmin Əliyeva yerli mətbuata müsahibə verib. Müsahibə “Lietuvos ryto TV” televiziya kanalının “YouTube” platformasında yayımlanıb.

Soydaşımız müsahibəsində Litvada Azərbaycan mədəniyyətinin təbliği, milli kimliyimizin qorunması və miqrant icmalarının yerli cəmiyyətə inteqrasiyası istiqamətindəki fəaliyyətindən bəhs edib. O, müxtəlif mədəni tədbirlərdə ölkəmizin zəngin mədəni irsinin, o cümlədən milli geyimlər, xalçaçılıq ənənələri, Azərbaycan ədəbiyyatı və Novruz bayramı kimi dəyərlərimizin tanıdılması üçün gördüyü işləri diqqətə çatdırıb.

Qeyd edək ki, Nərmin Əliyeva Bakı şəhərində anadan olub, ali təhsilini Şimali Kiprdə və Litvanın Kaunas şəhərində alıb. Litvada təşkil etdiyi viktorinalar yerli ictimaiyyət tərəfindən maraqla qarşılanır. Onun “Speak Lithuania” layihəsi “Litvanın Gücü” mükafatına layiq görülüb.

Müsahibəni aşağıdakı link vasitəsilə izləmək mümkündür:

https://youtu.be/rmzvsvmCy4U?si=rJ0LZyRFQrpNk1cA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər