Soydaşımız Taylandda növbəti qələbəsini qazanıb
6 mart, 2026
Gürcüstanın Qaraçöp mahalından olan soydaşımız Elvin Kazımov Taylandın Phuket şəhərində keçirilən Muay Tay idman növü üzrə beynəlxalq yarışda növbəti dəfə qalib gəlib.
Yarışda Rusiya, İran, Tayland, Çin, Gürcüstan, Vyetnam və digər ölkələrdən 50-dən çox idmançı mübarizə aparıb.
57 kq çəki dərəcəsində çıxış edən soydaşımız taylandlı rəqibini texniki nokautla məğlub edib.
Elvin Kazımov bu günədək bir sıra yarışlarda uğurlar qazanıb. Ötən ilin yanvar ayında Çinin paytaxtı Pekində keçirilən kikboksinq üzrə K-1 beynəlxalq turnirində də birinci yerə layiq görülüb.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
