Soydaşımız Beynəlxalq İslam Mədəniyyəti müsabiqəsində uğur qazanıb
28 iyul, 2025
Misirdə əcnəbi şagirdlərin təhsil aldığı “əl-Əzhər” liseyinin təşkil etdiyi Beynəlxalq İslam Mədəniyyəti müsabiqəsində gənc diaspor fəalı Mustafa Nəsirov uğur qazanıb. Soydaşımız ümumi biliklər üzrə üçüncü yerə layiq görülüb.
Beş mindən çox şagirdin iştirak etdiyi bilik yarışında yalnız 10 nəfər qalib gəlib. Birinci və ikinci yerləri Uqanda və Nigeriyadan olan iştirakçılar qazanıblar.
Qaliblərə şəhadətnamələr və pul mükafatları təqdim olunub. Eyni zamanda, onların şərəfinə təmsil etdikləri ölkələrin bayraqları liseyin həyətində dalğalandırılıb.
Bu uğur həm Azərbaycan diasporunun fəallığını, həm də gənclərimizin beynəlxalq arenada artan intellektual potensialını bir daha nümayiş etdirir.
Foto qalereya
Digər xəbərlər
