Sarayevoda Azərbaycan musiqiləri səsləndirilib
10 oktyabr, 2025
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Yunus Əmrə İnstitutunun (YEE) təşkilatçılığı ilə “7 rəng, 7 bölgə” adlı konsert proqramı keçirilib.
Konsertdə Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin rəhbəri, pianoçu Səbinə Məmmədova da iştirak edib.
O, Azərbaycan bəstəkarı Faiq Sücəddinovun əsərlərini fortepianoda ifa edib. Konsertdə, həmçinin Azərbaycan xalq mahnısı “Tut ağacı boyunca”nın səsləndirilməsi böyük maraqla qarşılanıb.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
