Rotterdamda Zəfər Gününə həsr olunan şahmat turniri keçirilib
4 noyabr, 2025
Niderlandın Rotterdam şəhərində uşaqlar arasında şahmat turniri keçirilib. Zəfər Gününə həsr olunan turniri Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) nəzdindəki “Qarabağ” İdman Klubu təşkil edib.
Məqsəd Zəfər Gününün əhəmiyyətinin uşaqlara anlatmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və onların intellektual inkişafını dəstəkləmək olub.
Yarışa Benilüks ölkələrində yaşayan müxtəlif yaş qruplarından olan azərbaycanlı uşaqlar qatılıblar.
Turnirin açılışında uşaqların milli kimlik və vətənpərvərlik duyğularını qoruyub inkişaf etdirmələrinin əhəmiyyəti vurğulanıb.
Yarışın sonunda müxtəlif yaş qruplarından olan qaliblərə medallar, bütün iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.
Foto qalereya
Digər xəbərlər
