"Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyi bolqar xalqını təbrik edib
6 mart, 2026
"Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin sədri, "Akord" jurnalının baş redaktoru Mariya Pavlovna Hüseynova-Atanasova Bolqarıstanın milli bayramı 3 Mart – Azadlıq Günü münasibətilə Bolqarıstanın bir sıra dövlət orqanlarına və ictimai qurumlarına təbrik məktubu ünvanlayıb.
Məktubda Bolqarıstan hökumətinə və xalqına ən xoş arzular çatdırılıb. Azərbaycan və Bolqarıstan arasındakı dostluq və qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümid ifadə olunub. Qeyd edilib ki, bu münasibətlərin genişlənməsi hər iki xalqın tarixini, zəngin ənənələrini və milli dəyərlərini daha yaxından tanımağa imkan yaradacaq, tərəfdaşlıq bağlarının daha da dərinləşməsinə xidmət edəcək.
Foto qalereya
Digər xəbərlər
