Qiryat-Yam şəhərində Azərbaycanın dövlət bayramları qeyd edilib

22 noyabr, 2022

Qiryat-Yam şəhərində Azərbaycanın dövlət bayramları qeyd edilib

İsrailin Qiryat-Yam şəhərində fəaliyyət göstərən “Dünya Gözəldir” Qafqaz Mədəniyyət Mərkəzində Şuşanın 270 illiyinə, Zəfər və Bayraq günlərinə həsr olunmuş bayram tədbiri keçirilib.

 “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının verdiyi məlumata görə,  tədbir “Dünya Gözəldir” Qafqaz Mədəniyyət Mərkəzin rəhbəri Ben-Sion Şmailovun, musiqiçi Zaur Əzizin (Quliyev) təşəbbüsü və Qiryat-Yam şəhər merinin müavini Adam Amilovun dəstəyi ilə baş tutub.

Tədbirdə çıxış edən Ben-Sion Şmailov, Adam Amilov, Zaur Əziz və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman möhtəşəm bayramlar münasibətilə iştirakçıları təbrik ediblər. Azərbaycanın Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən, iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinin önəmindən danışıb, Azərbaycan və yəhudi xalqlarına sülh və tərəqqi arzulayıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər