Qanada təşkil olunan konsertdə 11 yaşlı soydaşımız çıxış edib

6 iyun, 2025

Qanada təşkil olunan konsertdə 11 yaşlı soydaşımız çıxış edib

Qananın paytaxtı Akkra şəhərindəki Hinako Akademiyasında fortepiano konserti təşkil olunub.

Konsertdə əsasən fransızdilli uşaqlar, həmçinin ispan, amerikan və alman iştirakçılar çıxış ediblər. Azərbaycanı bu tədbirdə diaspor fəalı Xatirə Qasımovanın oğlu 11 yaşlı Azər Mirzəyev təmsil edib. Onun çıxışı tamaşaçıların alqış və marağı ilə qarşılanıb.

Sonda iştirakçılara sertifikatlar və suvenirlər təqdim olunub.

Qeyd edək ki, Azər Mirzəyev Akkrada yerləşən “Lincoln Community School”un 6-cı sinif şagirdidir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər