Qahirədə Azərbaycan mətbəxinin təbliği məqsədilə dərs keçirilib

12 iyul, 2025

Qahirədə Azərbaycan mətbəxinin təbliği məqsədilə dərs keçirilib

Qahirədə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Xalqlar Dostluğu Akademiyasında milli mətbəximizin təbliği məqsədilə dərs keçirilib.

Diaspor fəalı İnarə Osmanovanın və azərbaycanşünas Əsma Əhmədin təqdimatı ilə keçirilən dərsdə Azərbaycan dilini öyrənən yerli tələbələr iştirak ediblər.

Dərs zamanı tələbələrə ölkəmizin zəngin mətbəxi barədə məlumat verilib. Daha sonra milli yeməklərimizdən bir neçəsi hazırlanıb. Yemək süfrəsi ətrafında Azərbaycan dilində söhbətlər aparılıb. Tələbələr həm dil biliklərini təkmilləşdiriblər, həm də Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olublar.

Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri üzrə müxtəlif layihələr həyata keçirir. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, Qurani-Kərimin qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlərdə 59 ölkədən 650-dən çox tələbə ödənişsiz təhsil alır. Akademiyada Azərbaycan dilində səlis nitqi inkişaf etdirmək məqsədilə ayrıca danışıq klubu da fəaliyyət göstərməyə başlayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər