“Qabal İnkişaf Mərkəzi”ndə sınaq imtahanı keçirilib

2 iyul, 2025

“Qabal İnkişaf Mərkəzi”ndə sınaq imtahanı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanın Laqodexi rayonunda fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi”ndə məntiq və riyaziyyat fənləri üzrə sınaq imtahanları keçirilib.

Mərkəzin rəhbəri Yavər Məmmədov sınaq imtahanlarının şagirdlərin zəruri bilik və bacarıqlarının inkişafına kömək etdiyini deyib. İmtahanın keçirilməsində əsas məqsəd abituriyentləri qiymətləndirmək, onların mövcud səviyyəsini müəyyənləşdirmək və real imtahan mühitində təcrübə qazanmalarına şərait yaratmaq olub.

Sınaq imtahanı qəbul imtahanının qaydalarına tam uyğun şəkildə keçirilib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər