Moldovadakı diaspor nümayəndəsi medalla təltif olunub

10 fevral, 2026

Moldovadakı diaspor nümayəndəsi medalla təltif olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Moldova Azərbaycanlıları Konqresinin şura sədri Ramil Adıgözəlovu qəbul edib.

Komitə sədri xaricdəki Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayıb. Soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliği, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun əhəmiyyətli rol oynadığını qeyd edib və gələcək fəaliyyətlə bağlı tövsiyələrini nəzərə çatdırıb.

Sonra Ramil Adıgözəlova "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təqdim edilib.

Soydaşımız fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib. O, gələcəkdə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı, diasporumuzun fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini əsirgəməyəcəyini söyləyib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər