Misir-Azərbaycan Dostluq Cəmiyyətində tələbələrə diplomlar təqdim edilib

28 noyabr, 2024

Misir-Azərbaycan Dostluq Cəmiyyətində tələbələrə diplomlar təqdim edilib

Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə ödənişsiz əsasda təhsil alan tələbələrə diplomların təqdimetmə mərasimi keçirilib.

Mərasimdə müxtəlif ölkələrdən olan tələbələrə 142 diplom və sertifikat verilib.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək Azərbaycanın Misir və digər ərəb ölkələri ilə əlaqələrinin tarixindən və hazırkı yüksək səviyyəsindən danışıb. 2014-cü ildən fəaliyyət göstərən cəmiyyətdə indiyədək 60 ölkədən 2700-ə yaxın tələbənin təhsil aldığını və hazırda 59 ölkədən olan 642 gəncin ödənişsiz əsasda təhsilini davam etdirdiyini bildirib

Cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraəti, ərəb dili və ədəbiyyatı, bəlağət və məntiq elmi, muğam sənəti, xəttatlıq və dekorasiya fənləri tədris olunur.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər