Lissabonda Azərbaycan icması ilə Azərbaycan Mediasiya Şurası arasında görüş keçirilib
31 oktyabr, 2025
Portuqaliyanın paytaxtı Lissabonda Azərbaycan icmasının üzvləri, o cümlədən İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Portuqaliya üzrə koordinatoru Milana Seyidzadə ilə Azərbaycan Mediasiya Şurasının nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Venera Əsgərova və Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova iştirak edib.
Nümayəndə heyəti Lissabona səfərləri, Portuqaliya Ədliyyə Nazirliyinin hakimləri ilə keçirdikləri görüşlər və əldə etdikləri təəssüratlar barədə ətraflı məlumat veriblər. Eyni zamanda, Lissabondakı Azərbaycan icmasının qarşılaşdığı bəzi problemlərin həlli yolları ilə bağlı faydalı məsləhətlər və təkliflər səsləndiriblər.
Tərəflər, həmçinin, Portuqaliyanın yerli ictimaiyyət nümayəndələri və Azərbaycan diasporu arasında sıx əlaqələrin qurulması məqsədilə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Hər iki tərəf gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi və Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi istiqamətində birgə səylər göstərməyə hazır olduqlarını bildiriblər.
Digər xəbərlər
