Krakov Azərbaycan Evinin rəhbəri Polşa Prezidentinə təbrik məktubu ünvanlayıb

13 iyun, 2025

Krakov Azərbaycan Evinin rəhbəri Polşa Prezidentinə təbrik məktubu ünvanlayıb

Polşada fəaliyyət göstərən "Xarı Bülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının sədri, Krakov Azərbaycan Evinin rəhbəri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının Krakov üzrə əlaqələndiricisi Sedat Şamilli Polşa Respublikasının yeni seçilmiş Prezidenti Karol Navrotskiyə təbrik məktubu ünvanlayıb.

Məktubda Karol Navrotskiyə möhkəm cansağlığı və yeni vəzifəsində uğurlu fəaliyyət arzulanıb. Onun siyasi təcrübəsinin və liderlik bacarıqlarının Polşanın inkişafı, sabitliyi və beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində əhəmiyyətli töhfələr verəcəyinə əminlik ifadə olunub.

Həmçinin Polşa ilə Azərbaycan arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişafına böyük önəm verildiyi vurğulanıb. Gələcək illərdə mədəniyyət, təhsil və sosial təşəbbüslər sahəsində əməkdaşlığın davam edəcəyi, xalqlarımız arasındakı qarşılıqlı əlaqələrin daha da güclənəcəyinə inam ifadə olunub.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər