Komitə sədri İzmir Azərbaycanlılar Dərnəyinin sədri ilə görüşüb
24 yanvar, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İzmir Azərbaycanlılar Dərnəyinin (İZAZDER) sədri Pərviz Altay ilə görüşüb.
Komitə sədri xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə sadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri yüksək qiymətləndirib, Azərbaycan icmalarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən Pərviz Altay 2024-cü ildə yaradılan dərnəyin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verib, komitənin dərnəyə verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.
Foto qalereya
Digər xəbərlər
