Komitə sədri Azərbaycan–Livan Dostluq Assosiasiyasının prezidenti ilə görüşüb

2 mart, 2026

Komitə sədri Azərbaycan–Livan Dostluq Assosiasiyasının prezidenti ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan–Livan Dostluq Assosiasiyasının prezidenti Əkrəm Tarhini ilə görüşüb.

Qonağı salamlayan komitə sədri iki ölkə arasında dostluq münasibətlərinə diqqət çəkərək, yeni yaranan assosiasiyanın da bu istiqamətdəki fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu diaspor siyasətindən danışan sədr xarici ölkələrdə həyata keçirilən layihələrin, o cümlədən Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonu məktəblərinin soydaşlarımızın təşkilatlanmasında, Vətənə bağlılığının qorunmasında mühüm rol oynadığını qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Əkrəm Tarhini rəhbərlik etdiyi assosiasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. O, gələcəkdə ortaq layihələrin həyata keçirilməsi, humanitar və mədəni təşəbbüslərin genişləndirilməsi, eləcə də əməkdaşlığın daha sistemli və davamlı inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Eyni zamanda, Azərbaycan–Livan münasibətlərinin inkişafına xidmət edən təşəbbüslərin həyata keçirilməsi, ortaq layihələrin gerçəkləşdirilməsi və əməkdaşlığın institusional əsasda genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Əkrəm Tarhini Azərbaycanda ali təhsil almış Livan vətəndaşıdır. 2025-ci ilin avqustunda yaradılan Azərbaycan–Livan Dostluq Assosiasiyasının üzvləri də müxtəlif illərdə ölkəmizdə təhsil alan livanlı məzunlardır. Bu məzun şəbəkəsi iki dost ölkə arasında təhsil, mədəniyyət və ictimai sahələrdə əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platformadır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər