Kanadanın Kalqari şəhərində ilk dəfə “Azərbaycan” festivalı keçirilib

7 oktyabr, 2025

Kanadanın Kalqari şəhərində ilk dəfə “Azərbaycan” festivalı keçirilib

Kanadanın Kalqari şəhərinin Baker parkında ilk dəfə “Azərbaycan” festivalı keçirilib. Festival “Azeri Calgary Stars” rəqs qrupunun rəhbəri İradə Şamilovanın təşkilatçılığı ilə baş tutub.

Festival çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti, milli rəqsləri və musiqisi geniş şəkildə nümayiş etdirilib. Ənənəvi musiqi və rəqslərlə dolu bayram ab-havası yaradan tədbir mədəniyyətimizin Kanadada tanıdılması istiqamətində mühüm bir addım olub. Şimali Kalqari üzrə Qanunvericilik Assambleyasının üzvü, İmmiqrasiya və Multikulturalizm naziri Məhəmməd Yasin (Muhammed Yaseen) də festivalda iştirak edərək bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Festivalda, həmçinin ABŞ-də yaşayan musiqiçi soydaşlarımız Röya və Rizvan da çıxış edib. Onların ifaları alqışlarla qarşılanıb.

Tədbirin təşkilatçıları göstərilən dəstəyə görə Alberta Hökumətinə, Kalqari Şəhər İdarəsinə, eləcə də könüllülərə və sənətçilərə təşəkkür edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər