Kanadada soydaşımızın fəaliyyəti yüksək qiymətləndirilib

17 fevral, 2026

Kanadada soydaşımızın fəaliyyəti yüksək qiymətləndirilib

Kanadanın Recayna (Regina) Universitetində “Hill Biznes Tələbələri Cəmiyyəti”nin (“Hill Business Students’ Society”) təşkilatçılığı ilə “Cəmiyyətin müxtəlifliyi” (“Society diversity”) adlı beynəlxalq tədbir keçirilib.

Müxtəlif xalqların nümayəndələrinin və icma üzvlərinin qatıldığı tədbirdə Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Rəna Fərəcova da iştirak edib. Soydaşımız “Mənsubiyyət biznesi” (“The business of belonging”) mövzusunda keçirilən panel müzakirəsinin əsas iştirakçılarından biri olub. Paneldə inklüziv liderliyin təşviqi, təmsilçiliyin artırılması, daha güclü və dayanıqlı iş mühitinin formalaşdırılması, milli-mədəni dəyərlərin qorunaraq təbliğ edilməsi kimi mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, süni intellektin iş dünyasına təsiri, yeni texnologiyaların əmək bazarında yaratdığı imkan və çağırışlar barədə fikirlər səsləndirilib.

Tədbirin sonunda Rəna Fərəcova Azərbaycan icmasında uğurlu fəaliyyətinə və ölkəmizin zəngin mədəni irsinin qorunmasına verdiyi töhfələrə görə “Hill Biznes Tələbələri Cəmiyyəti” tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər