Kanadada Beynəlxalq Ana Dili Gününə həsr olunan görüş keçirilib

4 mart, 2026

Kanadada Beynəlxalq Ana Dili Gününə həsr olunan görüş keçirilib

Kanadada fəaliyyət göstərən Azərbaycan Evində 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan görüş keçirilib. Görüşdə Kanada Parlamentinin üzvü, Kanada xarici işlər nazirinin Parlament üzrə katibi  Rob Olifant  iştirak edib.

Azərbaycan icmasının gənc üzvlərinin də qatıldığı görüşdə  Kanada rəsmisi ana dilinin qorunmasının və mədəni kimliyin yaşadılmasının əhəmiyyətini vurğulayıb. O, multikultural Kanada cəmiyyətində uğurla inteqrasiya olunmağın və fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyin xüsusi əhəmiyyət daşıdığını nəzərə çatdırıb.

Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Beynəlxalq Ana Dili Günündə belə bir görüşün keçirilməsinin rəmzi məna daşıdığını bildirib. Onun sözlərinə görə, gənclər üçün əsas prioritet öz ana dilini və mədəni irsini qorumaqla yanaşı, yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməkdir. O bildirib ki, bu cür görüşlər qarşılıqlı anlaşmanın güclənməsinə və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verir.

Görüş qarşılıqlı fikir mübadiləsinin aparılması, Azərbaycan Evinin könüllülərinə sertifikatların verilməsi ilə yekunlaşıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər