İsrail meriyalarının Ermənistanın son təxribatı ilə əlaqədar məlumatlandırılması davam edir

19 sentyabr, 2022

İsrail meriyalarının Ermənistanın son təxribatı ilə əlaqədar məlumatlandırılması davam edir

İsrailin Akko, Aşkelon və Kiryat-Bialik şəhər meriyaları ölkəmizin sərhədində Ermənistanın törətdiyi son hərbi təxribat barədə məlumatlandırılıb. 

Bu məqsədlə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvləri Akko şəhər merinin müavini Zeyev Noyman, Aşkelon şəhər merinin müavini Sofa Beylin və Kiryat-Bialik şəhər merinin müavini Naxum Raçevski ilə görüşüblər. Görüşlər zamanı mer müavinlərinə Ermənistanın genişmiqyaslı təxribat törətməsinə dair “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının bəyanatı təqdim edilib. 

İsraildə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinin və xalqının yanında olduğu 

nəzərə çatdırılıb.

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər