İslandiyanın Milli Günü münasibətilə təbrik məktubu ünvanlanıb
19 iyun, 2025
İslandiya-Azərbaycan Cəmiyyətinin sədri Zakir Con Həsənov həmin ölkədə yaşayan azərbaycanlılar adından 17 iyun – İslandiyanın Milli Günü münasibətilə hökumətə təbrik məktubu göndərib.
Məktubda İslandiya hökumətinə və xalqına ən xoş arzular bildirilib. Azərbaycan və İslandiya arasındakı dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə, genişlənəcəyinə inam ifadə olunub. İki ölkə arasında inkişaf edən mədəni, iqtisadi və sosial əlaqələrin bu ölkədə yaşayan Azərbaycan icması üçün əsl qürur mənbəyi olduğu bildirilib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
