Harvard Universitetinin azərbaycanlı tələbələri təşkilat yaradıb

28 yanvar, 2026

Harvard Universitetinin azərbaycanlı tələbələri təşkilat yaradıb

ABŞ-nin Harvard Universitetində azərbaycanlı tələbələrin təşəbbüsü ilə “Harvard Undergraduate Azerbaijani Society” (HUAS) adlanan təşkilat təsis edilib. Bu yeni təşkilat eyniadlı universitetdə, eləcə də ətraf ali təhsil müəssisələrində azərbaycanlı tələbələr arasında ünsiyyəti, qarşılıqlı əməkdaşlığı və həmrəyliyi gücləndirmək məqsədilə yaradılıb.

Bundan başqa, tələbələrin akademik, mədəni və sosial fəaliyyətlər çərçivəsində bir araya gəlməsinə dəstək göstəriləcək, eyni zamanda Azərbaycan mədəniyyəti, tarixi və irsi ilə bağlı maarifləndirici təşəbbüslər həyata keçiriləcək.

Təşkilatın gələcək fəaliyyət planlarına mədəni tədbirlərin təşkili, akademik müzakirələrin və panel görüşlərinin keçirilməsi, eləcə də ABŞ və digər ölkələrdə fəaliyyət göstərən azərbaycanlı tələbə təşkilatları ilə əlaqələrin qurulması da daxildir.

HUAS-nin təsisçiləri Harvard Universitetinin bakalavrları Qəndab MəmmədovaAyla Əliyevadır. Hər iki tələbə akademik nailiyyətlər ilə yanaşı, ictimai təşəbbüslərdə fəal iştirakları ilə də seçilirlər. Onlar Corc Meyson Universitetində keçirilən II Amerika–Azərbaycanlı Gənclər Forumunun iştirakçıları olub, tədbir çərçivəsində gənclərin fəallığı, mədəni kimlik və beynəlxalq əməkdaşlıq mövzularında aparılan müzakirələrə qatılıblar.

Harvard Universitetində belə bir tələbə cəmiyyətinin yaradılması azərbaycanlı gənclər arasında əlaqələrin möhkəmlənməsinə, onların beynəlxalq akademik mühitdə daha fəal iştirakına və Azərbaycan mədəniyyətinin tanıdılmasına müsbət töhfə verən bir təşəbbüs kimi dəyərləndirilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər