Gürcüstanda COP29-la bağlı məlumatlandırıcı tədbir keçirilib

22 noyabr, 2024

Gürcüstanda COP29-la bağlı məlumatlandırıcı tədbir keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Tbilisidə fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzinin layihəsi çərçivəsində Gürcüstanda COP29-la bağlı məlumatlandırıcı aksiya keçirilib.

Bakıda keçirilən COP29 konfransı ilə bağlı Azərbaycan və gürcü dillərində çap olunmuş bukletlər "Qabal İnkişafı Mərkəzi" tərəfindən Lagodexi rayonunun və Qabal kəndinin sakinlərinə, məktəb şagirdlərinə, gürcü ictimaiyyətinə paylanıb. Həmçinin, mərkəzin üzvlərinin iştirakı ilə "COP29 Azərbaycanda" mövzusunda tədbir təşkil edilib.

Mərkəzin rəhbəri Yavər Məmmədov COP29 barədə danışıb, iqlim dəyişikliklərinə həsr olunmuş bu konfransın əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər