Fransadakı soydaşlarımız erməni icmasının Nant şəhərindəki “Qarabağ” Azərbaycan məktəbinin bağlanması tələbinə etiraz edirlər

19 noyabr, 2023

Fransadakı soydaşlarımız erməni icmasının Nant şəhərindəki “Qarabağ” Azərbaycan məktəbinin bağlanması tələbinə etiraz edirlər

Fransada yaşayan soydaşlarımız erməni icmasının Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin bağlanması tələbinə qarşı etiraz kampaniyasına başlayıblar. 

Bu məqsədlə soydaşlarımız ermənilərin “Nantda “Qarabağ” məktəbinin bağlanması üçün” başladığı petisiyadan şikayət ediblər.  

Qeyd edək ki, hər zaman və imkan verilən hər yerdə, xüsusilə də Fransada məkrli xislətlərini nümayiş etdirən ermənilərin petisiyasında 2019-cu ildən Nant şəhərində fəaliyyətə başlayan “Qarabağ” Azərbaycan məktəbi haqqında absurd iddialar ürəli sürülüb. Həmin iddialara əsasən, “Qarabağ” məktəbi “təhlükəli” adlandırılıb, çünki məktəbdə “Fransadan daha çox Azərbaycanın maraqları, dəyərləri, prinsipləri öyrədilir” və “hər gün orada təhsil alan uşaqlarda erkən yaşlarından Ermənistana və ermənilərə nifrət yaranması üçün Azərbaycan təbliğatı dönə-dönə təkrarlanır”.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər