Estoniyada Azərbaycan diasporunun inkişaf perspektivləri müzakirə olunub

6 fevral, 2026

Estoniyada Azərbaycan diasporunun inkişaf perspektivləri müzakirə olunub

Estoniyaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmovla görüşüb. Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və komitə əməkdaşları iştirak ediblər.

Səfir Anar Məhərrəmov Estoniyada yaşayan azərbaycanlıların yerli cəmiyyətə fəal inteqrasiyasının, diaspor təşkilatları arasında səmərəli əlaqələrin qurulmasının və vahid koordinasiya əsasında fəaliyyət göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasına, diaspor təşkilatlarının institusional imkanlarının genişləndirilməsinə, eləcə də təhsil və mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsinə xüsusi önəm verdiyini bildirib, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib.

Görüş zamanı, həmçinin Estoniyada Azərbaycan diasporunun mövcud vəziyyəti, onun inkişaf perspektivləri, mədəni və ictimai sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər