Dünya şöhrətli alim Bəxtiyar Siracova “Tərəqqi” medalı təqdim edilib

12 iyun, 2026

Dünya şöhrətli alim Bəxtiyar Siracova “Tərəqqi” medalı təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Avstriyada yaşayan elm adamı, Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) həmsədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Bəxtiyar Siracov “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyanaya işgüzar səfəri zamanı dünya şöhrətli azərbaycanlı alim Bəxtiyar Siracovla görüşüb.

Komitə sədri xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın, eləcə də azərbaycanlı elm adamlarının daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Azərbaycan diasporunun təşkilatlanması, milli-mədəni dəyərlərimizin təbliği və xaricdə yaşayan azərbaycanlı alimlərin əməkdaşlığının gücləndirilməsi istiqamətində Bəxtiyar Siracovun gördüyü işləri xüsusi vurğulayıb.

Komitə sədri daha sonra ali mükafatı Bəxtiyar Siracova təqdim edib.

Bəxtiyar Siracov “Tərəqqi” medalını onun uzunmüddətli fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilib, soydaşlarımıza göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və onun başçısına minnətdarlığını ifadə edib.

Xatırladaq ki, azərbaycanlı alim Bəxtiyar Siracov diaspor fəaliyyətində xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə də təltif edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər