Dhahranda keçirilən beynəlxalq tədbirdə ölkəmiz təmsil olunub
30 yanvar, 2026
Səudiyyə Ərəbistanındakı Azərbaycan icması ölkəmizi bu dəfə Dhahran şəhərində “Beynəlxalq gün 2026” (International Day) tədbirində təmsil edib.
Beynəlxalq mədəniyyətlərin tanıdılması məqsədi daşıyan və ənənəvi keçirilən tədbirdə Azərbaycanla yanaşı, 35-dən artıq ölkə iştirak edib.
Tədbir çərçivəsində qurulan milli stenddə Dhahranda yaşayan Azərbaycan icmasının üzvləri ziyarətçilərə ölkəmizin zəngin mədəni irsi, qədim tarixi, milli adət-ənənələri və rəngarəng mətbəxi barədə ətraflı məlumat veriblər.
İştirakçılar Azərbaycan mədəniyyətinə böyük maraq göstəriblər. Milli atributlar, suvenirlər və təqdim olunan mətbəx nümunələri ziyarətçilərin böyük rəğbəti ilə qarşılanıb və ölkəmizin mədəni irsinin təbliğinə mühüm töhfə verib.
Foto qalereya
Digər xəbərlər
