Corc Vaşinqton Universitetində Azərbaycanın Zəfər tarixinə dair videoçarxlar göstərilib
19 noyabr, 2025
ABŞ-nin Corc Vaşinqton Universitetində Azərbaycanın Zəfər Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, universitetdə fəaliyyət göstərən Azərbaycanlı Tələbə Alyansının təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin azərbaycanlı və xarici tələbələri, professor-müəllim heyəti iştirak edib.
Tədbirdə, ölkəmizin müasir tarixi və qəhrəmanlıq salnaməsinə həsr olunan təqdimatlar və panel müzakirələri keçirilib. İştirakçılar üçün viktorina təşkil olunub, qaliblərə xatirə hədiyyələri verilib.
Həmçinin Azərbaycanın milli musiqi və rəqs nümunələri ifa olunub, qonaqlara milli mətbəximizin ənənəvi təamları təqdim edilib.
Foto qalereya
Digər xəbərlər
