Birləşmiş Krallıqda Xocalı soyqırımına həsr olunan dərslər keçirilib

3 mart, 2026

Birləşmiş Krallıqda Xocalı soyqırımına həsr olunan dərslər keçirilib

Birləşmiş Krallıqdakı Britaniya Azərbaycanlıları Cəmiyyəti nəzdində onlayn fəaliyyət göstərən Qarabağ məktəbində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan dərslər keçirilib.

Dərslər zamanı faciənin tarixi, başvermə səbəbləri və nəticələri barədə geniş məlumat təqdim olunub, şagirdlərlə müzakirələr aparılıb. Həmçinin 2026-ci ilin fevralın 26-da  Xocalı Soyqırımı Memorialının açılışı zamanı lentə alınan kadrlar şagirdlərə nümayiş etdirilərək onun rəmzi mənası və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından önəmi izah edilib.

Qeyd olunub ki, bu cür maarifləndirici dərslər xaricdə yaşayan azərbaycanlı gənclərin milli kimlik şüurunun möhkəmlənməsinə və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətinə stimul verir. Gələcəkdə də bu qəbildən tədbirlərin davam etdiriləcəyi bildirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər