Azərbaycanlı riyaziyyatçının beynəlxalq uğuru

28 yanvar, 2026

Azərbaycanlı riyaziyyatçının beynəlxalq uğuru

İsveçin paytaxtı Sokholmda ənənəvi “Kleyn günləri” elmi forumu keçirilib. Forum İsveç Kral Elmlər Akademiyası yanında fəaliyyət göstərən Mittaq-Leffler İnstitutunun təşkilatçılığı ilə baş tutub.

İsveçdə yaşayan soydaşımız, riyaziyyat elmləri doktoru Səadət Kərimi forumda elmi məruzə ilə çıxış edib. Onun elmi fəaliyyəti yüksək qiymətləndirilib və Mittaq-Leffler İnstitutunun diplomu ilə təltif olunub.

“Kleyn günləri” konfransı çərçivəsində təxminən iyirmi riyaziyyat müəllimi Mittaq-Leffler İnstitutunun professor və müəllimləri ilə görüşüb. Görüş zamanı geniş təcrübə mübadiləsi aparılıb, elmi diskussiyalar təşkil olunub.

Qeyd edək ki, “Kleyn günləri” beynəlxalq layihəsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Riyazi Təhsil Komissiyası (ICMI) və Beynəlxalq Riyaziyyat İttifaqının (IMU) birgə təşəbbüsü ilə həyata keçirilib. Layihə görkəmli alim Feliks Kleynin “Daha yüksək baxış nöqteyi-nəzərindən ibtidai riyaziyyat” adlı məşhur əsərinin nəşrinin 100 illiyi münasibətilə təsis olunub.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər