Azərbaycanlı pianoçu Fransada yüksək mükafata layiq görülüb

28 avqust, 2025

Azərbaycanlı pianoçu Fransada yüksək mükafata layiq görülüb

Fransa və Azərbaycanın tanınmış mədəniyyət xadimi, pianoçu, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva Annemasse şəhərinin yüksək mükafatı olan Şəhər Medalı ilə təltif edilib.

Təltifetmə mərasimində yerli və beynəlxalq təşkilatların təmsilçiləri, Fransa ictimaiyyətinin nümayəndələri, tanınmış şəxslər iştirak edib.

Qeyd edək ki, Adilə Əliyeva 25 ildən çoxdur Fransanın Annemasse şəhərində yaşayır. O, dünyanın 50-dən artıq ölkəsində konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-disk buraxıb və Azərbaycan bəstəkarlarının əsərlərini beynəlxalq səviyyədə təbliğ edib. 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru kimi çalışan sənətkar hər iki ildən bir keçirilən və onun adını daşıyan “Adilə Əliyeva adına Beynəlxalq Piano Müsabiqəsi”nin təşkilatçısıdır.

Adilə Əliyeva, həmçinin Azərbaycan diasporunun inkişafında fəal iştirakına görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər