Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Serbiya xalqını təbrik edib

18 fevral, 2026

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Serbiya xalqını təbrik edib

Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Serbiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Serbiya xalqını və dövlətini təbrik edib.

Təbrikdə Serbiyanın azadlıq, dövlətçilik və həmrəylik uğrunda tarixi mübarizəsi yüksək qiymətləndirilib. Azərbaycan ilə Serbiya arasında mövcud olan dostluq münasibətlərinin, mədəni  əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib. Serbiya xalqına davamlı inkişaf və firavan gələcək arzulanıb.

Qeyd edək ki, Belqrad Universitetinin nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi 2018-ci ildə açılıb. Mərkəz Serbiyada Azərbaycan dilinin öyrədilməsi, xalqımızın zəngin mədəni irsinin təbliğinə mühüm töhfə verir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər