Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib
7 yanvar, 2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Novruzov Cahangir Mütəllib oğlu "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə, Aşina Məsud Rüstəm oğlu "Şöhrət" ordeni ilə, Acar Ziya Zakir Musa oğlu "Dostluq" ordeni ilə, Alaferdov Akif Qədir oğlu, Kələntər Xəlil Əliməmməd oğlu, Kərimova Sevinc Kərim qızı, Pənahova Fəridə Fərhad qızı, Siracov Bəxtiyar Tahir oğlu, Zeynalova Xədicə Əbdülrəhim qızı "Tərəqqi" medalı ilə təltif olunublar. Onlar xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bu ali mükafatlara layiq görülüblər.
Azərbaycan diasporunun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Təltif olunanları təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayırıq.
https://president.az/az/articles/view/71233
Digər xəbərlər
