Azərbaycan diasporu Polşanın Milli Gününü təbrik edib
14 noyabr, 2025
Polşada fəaliyyət göstərən “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının sədri Sedat Şamilli 11 noyabr – Milli Müstəqillik Günü münasibətilə Polşa xalqını və dövlətini təbrik edib.
Məktubda Polşa xalqının azadlıq və birlik uğrunda mübarizəsi yüksək qiymətləndirilib. İki ölkə arasında dostluğun, qarşılıqlı anlaşmanın və mədəni əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə inam ifadə olunub. Polşa hökumətinə və xalqına ən xoş arzular bildirilib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
