Azərbaycan beynəlxalq qida festivalında təmsil olunub
18 iyun, 2025
Yunanıstanda fəaliyyət göstərən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərinin “Plaz Aretsusda” meydanında keçirilən 24-cü Beynəlxalq Qida Festivalında iştirak edib.
Festivalda cəmiyyətin təşkilatçılığı ilə qurulmuş guşədə milli mətbəximizin ləziz təamları, müxtəlif çeşidli şirniyyatlar, Azərbaycan çayı və şərabı iştirakçılara təqdim olunub.
Minlərlə ziyarətçinin qatıldığı festivaldan toplanan vəsait Yunanıstanın Filiro bölgəsində yerləşən uşaq evinə ianə edilib.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər